• 23 Noyabr 2024 02:15

DÇ-2022-də ilk sensasiya – Argentina ilk oyunda məğlub oldu

DÇ-2022-də ilk sensasiya - Yenilənir

Mundialın 3-cü günündə nəzərdə tutulan 4 matçdan artıq 1-i başa çatıb.

 

C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. “Lusail” stadionundakı görüş Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

Eyni qrupda 20:00-da “Stadium 974″də başlayacaq matçda Meksika Polşa ilə qarşılaşacaq.

17:00-da başlayacaq və “Edukeyşn Siti” stadionunda oynanılacaq görüşdə isə Danimarka və Tunis (D qrupu) üz-üzə gələcək.

Günün son oyunu D qrupunda son dünya çempionu Fransa və Avstraliya arasında olacaq. “Əl-Cənub” arenada keçiriləcək və saat 23:00-da start götürəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürüb və dekabrın 18-də yekunlaşacaq.

Dünya çempionatı

22 noyabr

C qrupu

14:00. Argentina – Səudiyyə Ərəbistanı – 1:2

Qollar: Messi, 10-pen (1:0), El Şehri, 49 (1:1), Davsari, 54 (1:2)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Lusail” stadionu

20:00. Meksika – Polşa

Baş hakim: Kris Bit (Avstraliya)

“Stadion 974”

D qrupu

17:00. Danimarka – Tunis

Baş hakim: Sesar Arturo Ramos

“Edyukeyşn Siti” stadionu

23:00. Fransa – Avstraliya

Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)

“Əl-Cənub” stadionu

Tacxeber.com

Oxşar xəbərlər