• 22 Noyabr 2024 22:28

Hansı əməliyyatları təkrar etmək olmaz?

 

İstənilən plastik əməliyyatı iki dəfə etmək tövsiyə olunmur. Plastik, üz-çənə cərrahı DMC innovativ tibb mərkəzinin qurucusu Əmcad Əl-Yurifin sözlərinə görə, bədəndə təkrar aparılan əməliyyatın nəticəsi xəstənin və ya həkimin gözlədiyi kimi alınmaya bilər. Həkim bildirib ki, dəri nizamsız formaya düşə, həmçinin əməliyyatdan sonra effektin qalıcı olmasına təsir edən qığırdaq strukturları qırıla bilər. Odur ki, əməliyyatı birdəfəlik etmək tövsiyə olunur. Düzəlişə ehtiyacı yaranarsa, təkrar plastik cərrahiyyə ilkin əməliyyatdan altı ayı keçmədən edilə bilməz. Ona görə ki, bədən və toxumaların bərpa müddət təxminən elə altı ay çəkir.

Tacxeber.com xəbər verir ki, cərrah təkrar olunması məsləhət görülməyən əməliyyatlar barədə ətraflı məlumat verib.

Blefaroplastika

Aşağı göz qapaqlarının təkrar plastik cərrahiyyəsindən sonra müəyyən fəsadlar ortaya çıxa bilər. Bu nahiyədə dəri nazik və zərif olduğundan təkrar cərrahi müdaxiləyə dözümlü deyil.

Göz qapağının geri çəkilməsi və ya göz qapağının təbii yerindən uzaqlaşması aşağı göz qapağının revizion blefaroplastikasında ümumi problemdir. Həkim hətta mənfi nəticələrin qarşısını almaq üçün əməliyyatdan imtina edə bilər.

Rinoplastika

Rinoplastika ən çətin əməliyyatlardan biridir. Təkrar əməliyyat burunda iltihab və deformasiyaya səbəb ola bilər. Bu bölgədə texniki cəhətdən əməliyyat mükəmməl şəkildə aparılsa belə, toxumalar zərif olduğundan gözlənilməz nəticələrin meydana gəlməyəcəyinə dair zəmanət vermək çətindir.

Süd vəzilərinin korreksiyası və böyüdülməsi

Həkimin dediyi kimi, təkrar əməliyyatlara müraciət etmək məsləhət deyil, lakin xəstə həqiqətən mövcud nəticəni düzəltmək və ya korreksiya etmək istəyirsə, həmçinin analizləri normaldırsa və ilkin əməliyyatdan ən azı altı ay keçibsə, o zaman plastik cərrah çox güman ki, təkrar əməliyyat ilə bağlı qərarı təsdiq edəcək.

Məsələn, bir qız 18-25 yaşlarında süd vəzilərini böyüdübsə, lakin doğuşdan sonra (bəzən bir neçə), laktasiyadan və ya 40 yaşlarında kökəldiyi üçün döşlərinin ölçüsünü dəyişdirmək, dikləşdirmək və ya ümumiyyətlə implanlatları çıxartmaq istəyə bilər. Bu vəziyyətdə əməliyyat edilə bilər: bunun üçün əsaslı səbəblər var və ilkin plastik əməliyyatdan kifayət qədər vaxt keçib.

Cərrahın sözlərinə görə, hər hansı bir təkrar manipulyasiya və müdaxilədə həkim həmişə testlərin nəticələrinə, anamnezinə, xəstənin yaşına və fərdi xüsusiyyətlərinə əsaslanaraq plastik cərrahiyyənin mümkün və ya qeyri-mümkünlüyü barədə qərar qəbul edir. Və əməliyyatdan sonrakı dövrdə yarana biləcək mümkün çətinliklər və problemlər olarsa, bu barədə ona mütləq xəbər verməlisiniz.

Oxşar xəbərlər