• 23 Noyabr 2024 04:24

İran səfiri yenə də Ermənistana qahmar çıxdı: “Zəngəzura heç kim iddia edə bilməz”

Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İranın bu ölkədəki səfir Abbas Badaşxan Zohurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tacxeber.com xəbər verir ki, prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və əmin edib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu əməkdaşlıq genişlənəcək və yeni keyfiyyət alacaq.

Zohuri qeyd edib ki, Ermənistan və İran arasında 3000 illik tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə inkişaf üçün yaxşı əsasdır və bunu, xüsusilə son illərdə müşahidə etmək olar.

Səfir qeyd edib ki, Ermənistanla münasibətlər İran üçün prioritetdir və onların qarşılıqlı olması iki ölkənin liderləri tərəfindən təsdiqlənib.

İranın Qafanda konsulluğunun açılmasının yüksək qiymətləndirilməsinə cavab olaraq Zohuri bildirib ki, Sünik (Zəngəzur) bölgəsi Tehran üçün mühüm rol oynayır.

“O vurğulayıb ki, heç bir dövlətin regiona iddiası olmamalıdır”, – məlumatda deyilir.

Vardapetyan və Zohuri, həmçinin məhkumların ekstradisiyası, hüquqi yardım, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq kimi məsələləri də müzakirə ediblər.

Dünən məlum olub ki, Ermənistan və İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub.

Tacxeber.com

Oxşar xəbərlər