• 23 Noyabr 2024 10:58

Xankəndində “hakimiyyət” dəyişir – “Güc” qurumları da Vardanyanın nəzarətinə keçəcək…

“İndi Qarabağda anti-Rusiya fikirləri olan bir fiqur ola bilməz…” 
“Artsaxda hakimiyyət dəyişikliyi baş verir – güc qurumları da Ruben Vardanyanın nəzarətinə keçəcək”.
Moderator.az xəbər verir ki, Tert.am nəşrinin yazdığına görə, bunu erməni mediasına açıqlamasında terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu “Şərəf duyuram” blokunun Ermənistan parlamentindəki fraksiyasının katibi Tiqran Abramyan söyləyib.
“İndi Qarabağda anti-Rusiya fikirləri olan bir fiqur ola bilməz. Ən azından ona görə ki, Rusiya Federasiyası Vardanyanın təyinatının əleyhinə deyildi. Lakin məndə Ruben Vardanyanın Rusiya Federasiyasına birləşmə prosesinə başlamaq üçün Qarabağa göndərilməsi barədə məlumat yoxdur. Hərçənd vəziyyət sürətlə dəyişir – bir aydan sonra nə olacağını demək çətindir… Amma indiyə qədər Rusiyanın belə bir məqsədi olsaydı, Ruben Vardanyan və ya Arayik Arutyunyan bu prosesə başlayardılar”, – deyə rusiyayönlü müxalifətdən olan Ermənistan deputatı bildirib.

Tacxeber.com

Oxşar xəbərlər