• 23 Noyabr 2024 05:24

“Həyat yoldaşımı göstərdim, niyə dincəlmirlər?”

Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı Rafiq Əliyevlə bağlı sosial şəbəkədə yazılanlara cavab verib.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl fotosunu yaydığı “Hacı” ləqəbli həyat yoldaşının ondan yaşca kiçik olmasını yazanlara əsəbiləşib.

“Həyat yoldaşımın 47 yaşı var, mənim isə 38. Necə məndən yaşca böyük ola bilər? Niyə insanlar bu cür rəylər yazıb, tənqid edirlər. Həyat yoldaşımı göstərdim, gül kimi balamız var. Niyə insanlar dincəlmirlər? Bayaqdan şəklini paylaşmırdım, başqa sözlər yazırdılar. İndi üzünü də göstərdim, dincəlsinlər” deyə, Şəbnəm bildirib.

Tacxeber.com

Oxşar xəbərlər