• 23 Noyabr 2024 06:49

İlon Mask məşhur hackeri “Twitter”ə işə qəbul edib

İlon Mask məşhur hackeri "Twitter"ə işə qəbul edib

İlon Mask Twitterdə çoxlu sayda işçini işdən azad edərək artıq yetəri qədər səs-küyə səbəb olub. İndi isə o, yeni qərarı ilə diqqət çəkib.

Tacxeber.com xəbər verir ki, o, öz iPhone jailbreakləri və vaxtı ikən Playstation 3-ün hack edilməsi vasitəsilə məşhurluq qazanmış hacker George Hotzu Twitterin komandasına işə qəbul edib. Qeyd etmək lazımdır ki, George Hotz internetdə Geohot ləqəbi ilə tanınır. Maraqlısı ondadır ki, Hotz minimal əməkhaqqı qarşılığında Twitter-də çalışmaq təklifini özü edib. Bu məsələ Hotz-un Twitter-dəki paylaşımından start götürüb.

Öz paylaşımında Hotz Twitter işçilərini işdən ayrılmağa çağırıb. Onun paylaşımı Maskın rəhbərliyi altnda yeni növ Twitter-in yaradılmasında iştirak etmək istəməyən işçiləri əhatə edib. Daha sonra o daha bir paylaşım edib və həmin paylaşımda sosial şəbəkənin tərtibatçılardan ibarət komandasında 12 həftəlik ştaj müddətindən keçməyə hazır olduğunu bildirib. Ödəniş qismində məşhur hacker sadəcə olaraq yaşayış yerini ödəməyə kifayət edəcək qədər maaş istəyib. Bu paylaşımı görən Musk rəylər bölməsində Hotz-a bu məsələni detallı şəkildə müzakirə etmək təklifini edib.

3 gündən sonra Hotz qeyd edib ki, onu həqiqətən də Twitter-ə işə qəbul ediblər. Onun sözlərinə əsasən o, 12 həftə ərzində sosial şəbəkənin axtarış sistemini normal vəziyyətə gətirməlidir. O həmçinin bildirib ki, qeydiyyatdan keçməmiş halda digərlərinin paylaşımlarını oxumaq istəyən zaman ortaya çıxan pəncərənin Twitter interfeysindən çıxarılmasına çalışacaq. Qeyd etmək lazımdır ki, Mask və Hotz hələ 2015-ci ildə tanış olublar. Həmin vaxtda Mask ona Teslada çalışmaq təklifini etmişdi. Lakin Hotz bu təklifdən imtina etmişdi. Onun Twitterdə hansı nailiyyətləri əldə edəcəyini isə zaman göstərəcək.

Tacxeber.com

Oxşar xəbərlər