Milli Məclisin deputatı, AMEA-nın prezidenti İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının 30 illik yubiley mərasiminə dəvət edilməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İ.Həbibbəyli Pravda.az-a açıqlamasında deyib ki, yubiley mərasimində iştirak edib.
““H” sırasında 27-ci yerdə oturmuşdum. İştirak etmişəm, bundan da çox məmnunam, özümü xoşbəxt sayıram. Taleyim də Yeni Azərbaycan Partiyasına bağlıdır. Mərasimdən əvvəl YAP-ın Mərkəzi Aparatının sədri Tahir Budaqovun da iştirakı ilə AMEA-da partiyanın 30 illiyik yubileyi ilə bağlı geniş tədbir keçirilmişdi. Ayın 21-də də Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın 30 illiyinə həsr olunmuş tədbirə qatılmışam. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışını dinlədim. Ordan irəli gələn Akademiyanın vəzifələrini müəyyən edirik. YAP-ın sıralarında olmağımızla fəxr edirik”, – İ.Həbibbəyli qeyd edib.