• 23 Noyabr 2024 05:09

“Savadsız ananın uşağı hansı tərbiyənin yiyəsi olacaq?!” – Psixoloqdan qalmaqallı sözlər

Evlilikdə diplomlu oğlan, diplomsuz qız mövzusu hələ sovet vaxtı da vardı. “Biz ali təhsili olmayan oğlana qız vermərik” və ya “Qızımızın cehizində diplom da var” deyimlərinin xeyli “stajı” mövcuddur. Bu hala indi də rast gəlinir. Halbuki ailə səadətinə nə ali təhsil, nə də ixtisasla yetişmək olur.

 Pİsixoloq Gülnar Orucova əvvəlki illərə nisbətən müasir dövrdə yeniyetmələrin ali təhsilə daha çox can atdığını bildirib.

O deyib: “Orta məktəbdə zəif oxuyanlar belə ali təhsil almaq istəyir. Universitetə qəbul olmaq yeniyetmələr arasında əsl yarışa çevrilib. Amma son zamanlar xaricdə ali təhsil alan insanlar daha çox diqqət mərkəzindədir və sanki onlara hörmət daha çoxdur.

Təhsil hər bir millətin gələcəyini formalaşdırır. Savadsız, ali təhsili olmayan bir ana ilə, ali təhsilli atanı müqayisə etsək, görərik ki, savadlı atanın verdiyi tərbiyə daha çoxdur. Savadsız ananın böyütdüyü uşaq hansı tərbiyənin yiyəsi olacaq?! Təhsil insanın dünyagörüşünü, həyata baxışını formalaşdırır. İnsan 4 il auditoriyada həm davranışlarını idarə etməyi, həm də müəllimlərə hörmətlə yanaşmağı öyrənir. Auditoriyaya daxil olan hər müəllimdən təhsil alan tələbə nəsə götürür. Yəni təhsil alan insanlar daha çox üstün keyfiyyətlərə malik olur”.

G. Orucova istisna hallarda oxumayan insanların nəyəsə sahib olduğun bildirib:

“Oxumayan insan hansı peşəni seçib, o sahədə pul qazanıbsa, övladınıda o sahəyə təşviq edir. Amma savadlı ailə övladının gələcəyin düşünür, onu seçim qarşısında qoyur. Oxumuş insan daha yaxşı ailə başçısı olur və övladlarına daha yaxşı valideynlik edir. Nəinki oxumayan, savadsız ailə…”

Tacxeber.com

Oxşar xəbərlər