• 23 Noyabr 2024 07:01

Bu qəndlər insan sağlamlığı üçün ciddi təhlükədir – Ekspertdən HƏYACAN TƏBİLİ

“Təəssüflər olsun ki, ölkədə standartlara uyğun kəllə qənd istehsal edən müəssisələr öz bazarını qorumaq üçün heç bir iş aparmır. Onlar KİV-lə iş aparmalıdır ki, bazar insan sağlamlığına zərərli və təhlükəli mallardan təmizlənsin”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. O bildirib ki, qənd məhsullarının keyfiyyəti ilə bağlı rəhbərlik etdiyi təşkilat hazırda tədqiqat aparır:

E.Hüseynov bildirib ki, dəfələrlə bu məsələ gündəmə gəlib:

“Hətta Baş Prokurorluq bununla bağlı bir neçə il öncə cinayət işi açıb, yoxlamalar keçirib. Hazırda əmtəə bazarında külli miqdarda belə qənd nümunələri var. Birliyimiz bu yaxınlarda onun bütün nümunələrini əldə edəcək. Yenidən ekspertizalar keçiriləcək. İnsan həyatı üçün təhlükəli olan qəndlərin bazardan çıxarılması və həmin təhlükəli maddənin Azərbaycana gətirilməsinin qarşısını almaq üçün müəyyən işlər görəcəyik. Təəssüflər olsun ki, ölkədə standartlara uyğun olan kəllə qənd istehsal edən müəssisələr öz bazarını qorumaq üçün heç bir iş aparmır. Onlar KİV-lə iş aparmalıdır ki, bazar təhlükəli mallardan təmizlənsin. Qanuni istehsalla məşğul olan şəxslər partizan kimi susub. Əslində bu doğru mövqe deyil. Gərək dövlət orqanları qarşısında məsələ qaldırılsın ki, bu anormal vəziyyətin qarşısı alınsın”.

Tacxeber.com

Oxşar xəbərlər