• 23 Noyabr 2024 07:47

12 gündür dayanmadan fırlanan qoyunların sirri MƏLUM OLDU

12 gündür dayanmadan fırlanan qoyunların sirri MƏLUM OLDU

Monqolustanda 12 gündür fırlanan qoyunların sirri açılıb. Ötən günlərdə bir fermada yaşayan onlarla qoyunun dairə şəklində fırlandığı anların təhlükəsizlik kamerası görüntüləri sosial mediada böyük əks-səda doğurub.

Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, yalnız soyadı açıqlanan təsərrüfat sahibi Miao əvvəlcə bir neçə qoyunun fırlanmağa başladığını, sonra isə bütün sürünün ona qatıldığını bildirib.

O bildirib ki, qoyunların bu maraqlı hərəkətinə səbəb heyvanların xarab yem yeməkləri ola bilər.

İngiltərənin Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsinin professoru Mett Bell isə başqa və hələ ki son ehtimal irəli sürüb. Onun iddiasına görə qoyunların fiziki sağlamlığı yaxşıdır, yalnız psixologiyasının pozula biləcəyinə işarə edən bəzi əlamətlər var. Mətbuata açıqlama verən professor Bell heyvanların bu hərəkəti daim dar bir məkanda olduqları üçün qəzəblə etdiklərini bildirib. Bir heyvanın hərəkəti ilə başlayan aksiya digərlərinin sürü psixologiyası şəklində davam edib.

Bu kütləvi dairəvi hərəkət düz 12 gün davam edib.

Qoyunların əsəbi olduğunu vurğulayan Professor Bell: “Görünür, qoyunlar uzun müddət eyni ərazidə olduqları üçün əsəbidirlər və hər zaman eyni hərəkəti təkrarlayırlar”-deyə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər