• 23 Noyabr 2024 07:58

Braziliya-Serbiya oyununda maraqlı detal: Bu şəxs azərbaycanlı imiş +FOTO

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya arasında baş tutan oyunda   braziliyalıların 2:0 hesablı qələbə qazanması barədə məlumat vermişdik.

Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.

Tacxeber.com xəbər verir  ki, dünyada milyonlarla tamaşaçının izlədiyi oyunda bir azərbaycanlının da zəhməti keçib.

Braziliya-Serbiya stadionunun  informasiya texnologiyasının quraşdırılması və istismarına Ziya Nuriyev adlı azərbaycanlı  gənc rəhbərlik edib.Azərbaycanlı gəncin belə bir möhtəşəm layihədə yer alması qürurverici hal kimi qarşılanıb.

 

Oxşar xəbərlər