• 23 Noyabr 2024 08:01

Abdullahian yenə eyham vurdu:“Regionda geosiyasi dəyişikliyə İran cavab verəcək”

İran Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünə o qədər də isti yanaşmadığını, dəhliz açılarsa bölgədə Türkiyə, Çin kimi böyük güclərin ayaq açmasına səbəb olacağını əvvəlki yazılarımızda qeyd etmişdik.

İran rəsmilərinin hələ də bu məsələyə xüsusi həssaslıqla yanaşması, yeri gəldi, gəlmədi sərt münasibət sərgiləməsi dəfələrlə baş verib.

 

Adalet.az 1 lurer.am-a istinadən xəbər verir ki, növbəti dəfə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sətiraltı olaraq mövzuya bir də aydınlıq gətirib

 

Abdullahian bildirib ki, Tehranın region ölkələrinin əraziləri ilə bağlı ambisiyaları yoxdur, lakin regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik İranın cavabı ilə qarşılanacaq.

XİN rəhbəri vurğulayıb ki, Tehran Azərbaycan və Ermənistanı iki qonşu hesab edir və tərəflərin heç birinə üstünlük vermir.(Yenə də Azərbaycanın, Türkiyənin gündəmində olan Zəngəzur dəhlizi eyhamı)

 

Qeyd edək ki, 21 oktyabrda, təntənəli şəkildə İranın Ermənistanın Zəngəzur mahalında Baş Konsulluğu açıldı. Tədbirdə İran XİN başçısı Hüseyn Əmir Abdullahian və erməni həmkarı Ararat Mirzoyan iştirak etməsi əslində Azərbaycanın və Türkiyənin birgə layihəsi olan “Zəngəzur dəhlizi”nin qurulmasına qarşı ciddi addım atılmasına bariz nümunədir. Açılış mərasimindən bir gün əvvəl isə Zəngilanda Beynəlxalq Hava limanının açılışında qardaş Türkiyənin lideri R.T.Ərdoğan şəxsən iştirak etmişdi. Konsulluğun 1 gün fərqlə təntənəli mərasimlə açılış edilməsi, əlbəttə ki, Ərdoğanın Zəngəzur mahalına səfərinə və “ Zəngəzur dəhlizi” layihəsinə cavab kimi qiymətləndirilə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər