• 23 Noyabr 2024 07:12

“Rusiya Ukraynadan öncə bu ölkə ilə müharibəyə hazırlaşırmış” – ŞOK İDDİA

“Rusiya Ukraynadan öncə bu ölkə ilə müharibəyə hazırlaşırmış” - ŞOK İDDİA

“Ukraynaya hücumdan əvvəl, Rusiya Yaponiya ilə lokal müharibəyə hazırlaşırmış”. 

Tacxeber.com xəbər verir ki, bunu “Newsweek” dərgisinə istinadən politoloq Ərəstun Oruclu bildirib.

Politoloq qeyd edib ki, 2021-ci ilin yayında Rusiya Yaponiya ilə lokal qarşıdurmaya gedə bilərdi:

“”Newsweek” dərgisi bu məlumatın Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarının yazışmasından əldə edildiyini yazıb. Dərgi yazışmanın orjinallığını FTX-nin keçmiş və hal-hazırda iş başında olan iki əməkdaşının təsdiqlədiyi də bildirir.  Həmin ərəfədə Rusiya mətbuatında Yaponiyaya qarşı bu ölkədə faşizmin hələ də qaldığını iddia edən çoxsaylı məqalələrin yer alması da lokal qarşıdurmaya hazırlıq xarakteri daşıyıb. Bundan başqa Rusiyada Yaponiyaya yaxın ərazilərdə REM (radioelektron mübarizə) vasitələri ilə təhciz olunmuş çoxsaylı helikopterlər uçuşlar etməyə başlayıb. Həmçinin FTX 2021-ci il avqust ayının əvvəllərində gözlənilmədən II Dünya Müharibəsi dövrü ilə bağlı bir sıra sənədləri ictimailəşdirib. Həmin sənədlərdə yapon xüsusi xidmət orqanlarının əməkdaşlarının sovet vətəndaşlarına qarşı törətdiyi işgəncələrdən, insanlar üzərində aparılan bioloji eksperimentlərdən bəhs edilir.  Ekspertlər hesab edirlər ki, həmin addımın məqsədi Rusiya cəmiyyətini müharibəyə hazırlamaq olub”.

Ə.Oruclu hesab edir ki, analoji “motivlərlə” analoji addımlar Ukraynaya qarşı başladılan müharibə ərəfəsində atılmışdır.

Politoloq Rusiyanın müharibə istəyində hansı məqsədlərin güdüldüyünün isə hələ də dəqiq bilinmədiyini vurğulayıb:

“Açıq qalan sual isə budur ki, Rusiyaya müharibə hansı səbəbdən lazım olub? Bu sualın cavabı yalnız Putin rejimi süquta uğrayacağı halda aydın ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər