• 23 Noyabr 2024 13:21

“Belə olsa, ABŞ Kremli bombalayacaq…”-Keçmiş “KQB” zabiti

 

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etməyə qadirdir”.

 

Bu fikri “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin istefada olan zabiti Vladimir Popov deyib.

 

“Bəli. Rus tok-şoularında o qondarma xadimlərdən hansının dediyini xatırlamıram … Mən onlara baxmıram – internetdə, sadəcə, fraqmentləri gözümə dəyir … İndi sizə deyəcəyəm… Fikrimcə, Klintseviçdir onun soyadı. O da qırğıdır… O dedi: “Bizə düşmən olan bu qədər ölkənin mövcudluğu şəraitində” – mən ondan sözbəsöz sitat gətirməyə çalışacağam – “nüvə silahından istifadənin mümkünlüyünə dair doktrinal xatırlatma da tam mümkündür”. Yəni onların çılğın başlarında bu fikir var”, – deyə Popov qeyd edib.

 

Amma onun fikrincə, “Allah eləməsin, bu, baş versə”, Rusiya Federasiyası “müvafiq cavab” alacaq.

 

“Nüvə zərbəsi cavabı… İlk növbədə, NATO ölkələrindən… Və ABŞ, əlbəttə ki, bunu diqqətdən kənarda qoymayacaq”, – Popov vurğulayıb.

 

Qordon Popovun ABŞ ordusunun “Kremli bombalayacağını” təsəvvür edib-etmədiyinə də aydınlıq gətirib.

 

“Rusiyadan nüvə zərbəsi endiriləcəyi təqdird, mən bunun mümkünlüyüün qəbul edirəm”, – deyə keçmiş “KQB”(DTK) zabiti cavab verib. (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər