Uels millisinin futbolçusu Qaret Beyl DÇ-2022-ninikinci turunda İrana məğlubiyyəti (0:2) şərh edib.
Tacxeber “Marca”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu deyib:
“Bu məğlubiyyətə görə təəssüf hissi keçirdiyimizi söyləməkdən başqa çıxış yolu yoxdur. Bunu həzm etmək çox çətindir. İkinci hissədə iranlı futbolçular bizdən çox aktiv idilər. Biz irəliləməyə davam etməliyik, başımızı dik tutmalıyıq. Çox çətin olacaq, bilirik, amma sona qədər mübarizə aparmalı və Dünya Kubokundan həzz almalıyıq”.
Qeyd edək ki, İran 3 xalla B qrupunda 2-ci, Uels isə bir xalla sonuncudur. Uelslilər növbəti matçını noyabrın 29-da İngiltərəyə qarşı keçirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. (qol.az)