• 23 Noyabr 2024 07:28

Braziliyada şəhər meri iş yerində güllələnib

Braziliyanın Lajeadu do-Buqre şəhərinin meri Robertu Masiel duş Santuş iş yerində öldürülüb.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, o, silahlı şəxs tərəfindən güllələnərək qətlə yetirilib.

Cinayətkar həmçinin şəhər administrasiyasının əməkdaşına da atəş açıb və o güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, maskalı naməlum şəxs saat 11 radələrində şəhər rəhbərinin ofisinə daxil olub və ona atəş açıb. Sonra qatil avtomobillə naməlum istiqamətdə gözdən itib.

2020-ci ildə yenidən şəhər meri seçilən məmur yerindəcə dünyasını dəyişib.

Tacxeber.com

Oxşar xəbərlər