• 23 Noyabr 2024 07:47

Bu xalqlar niyə yerdə yatır?

Özbəklər və taciklər niyə çarpayıda yox, yerdə yatır?

Orta Asiyada ailələr adətən çox böyük olur. Çoxtərkibli, eyni zamanda maddi vəziyyətləri aşağı olan ailələrdə isə yaşayış yerləri darısqal olur. Əgər otağa ailənin bütün üzvləri üçün divan və çarpayılar qoyulsa, onların arasında keçid üçün belə yer qalmayacaq.

Tacxeber.com xəbər verir ki, qədim zamanlarda çarpayı yalnız elit və zəngin insanlara xas əsl dəbdəbə idisə, müasir dünyada divan və çarpayılarda yatmaq sivilizasiyanın əsas əlamətlərindən biri hesab olunur.

Ancaq eyni zamanda, bəzi xalqlar hələ də döşəkləri divandan üstün tuturlar və ya hətta yerə sərilmiş, yüngül bir təbəqə ilə örtülmüş yorğanda yatırlar. Belə bir gecələmə qaydası Mərkəzi Asiya sakinləri, ilk növbədə özbəklər, taciklər və Orta Asiya xalqlarının digər nümayəndələri üçün xarakterikdir

Bu, təkcə vərdiş məsələsi deyil.

Asiyalılar döşəmədə yatmaqla özlərini ölkələrinin iqliminə xas olan güclü istidən qoruyurlar. Təmiz və sərin havanın otağa daxil olması üçün gecələr mütləq pəncərəni açırlar.

Yalnız yetkin asiyalılar deyil, uşaqlar da erkən yaşlarından belə yatmağa öyrəşiblər. Əksər hallarda kiçik uşaqlar bir döşəkdə, böyüklər isə başqa bir döşəkdə yatır. Bu, ailənin aşağı gəlirli olması ilə bağlıdır.

Zəngin asiyalılar isə bütün ailə üçün döşək alsalar da, çarpayı almırlar. Çünki onlar qədim adət-ənənələrini heç nəyə dəyişmək fikrində deyillər.

Hətta asiyalılar digər ölkələrdə yaşayarkən yataq yerlərini öz ənənələrinə uyğun şəkildə qururlar. Onlar özləri ilə xüsusi “isti” çarşaflar və ya xalçalar, eləcə də rahat şəkildə gecələmək üçün digər atributlar da gətirirlər.

Döşəmədə yatmaq düzgün duruşu, şux qaməti, eyni zamanda fiziki aktivliyi qorumağa imkan verir. Bu zaman yuxudan oyanmaq da daha asan olur.

Tacxeber.com

Oxşar xəbərlər