• 23 Noyabr 2024 05:14

Tərkibində qida dəyərini itirməmək üçün tərəvəzləri bu üsulla bişirmək lazımdır – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Meyvə və tərəvəzlərin düzgün yuyulma qaydası ilə yanaşı, bişirilmə qaydası da var.

Bununla bağlı qidaelmi.az-a açıqlama verən qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur. Onun sözlərinə görə, bu məhsullar bişirildikdə isə günəşdən aldığı enerjini itirir:

“Həmçinin struktur dəyişikliyə məruz qalaraq su itkisi meydana gələr və minerallara dönüşməyə başlayar. Buna elmi dildə, “bişən tərəvəzin torpağa dönməsi” də deyilir. Belə ki, suyunu itirən tərəvəzin həcmi azalır, mineral tərkibi artır.

Nəticə etibarilə, minerallar vücudda ağır qalıqlar əmələ gətirir və bu qalıqlar əzələlər arasında, toxumalarda,damarlarda toplanaraq onları sərtləşdirir. Bu səbəblə çiy tərəvəzlərdən bol, bişmiş tərəvəzlərdən isə az miqdarda istehlak etmək daha məqsədəyğundur”.

Müsahibimiz qeyd edib ki,  tərəvəzləri “Blanch” texnologiyası ilə bişirməyi çıxış yolu hesab etmək olar:

“” Blanch” texnologiyası – bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. Bu texnologiya fransızcada “ağartmaq” anlamına gəlir, eyni zamanda fransız dilində məhsulların isti suda möhürlənməsinə də “blanch” deyilir. “Blanch” texnologiyasının tətbiqi zamanı tərəvəzlər qaynar suya əlavə olunur və biraz qaldıqda səthləri möhürlənir.

Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur. Beləliklə, vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin  rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edir. Bir sözlə, tərəvəzin rəngini, vitaminlərini və qida dəyərini qorumaq üçün bu texnologiya vacibdir”.

Tacxeber.com

Oxşar xəbərlər