• 23 Noyabr 2024 04:25

Dünya Qarabağdakı mina problemini görməzdən gəlir – Ahmet Uysal

 

Dünya Qarabağdakı mina problemini görməzdən gəlir.

Bunu bu gün Ağdama səfər çərçivəsində Orta Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) rəhbəri Ahmet Uysal Trend-ə açıqlamasında deyib.

“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi regionda sabitliyə öz töhfəsini verəcək. Azərbaycan sülh tərəfdarıdır. Azərbaycan hazırda çox güclü bir dövlətdir və heç bir təzyiq, təhdid Azərbaycana təsir edə bilməz. Dünən Prezident İlham Əliyev mənim sualımı cavablandırdı və başa düşdüm ki, Türkiyə-Azərbaycan münasibətləri inkişaf edəcək və əlaqələr daha da sıx olacaq”, – deyə o bildirib.

Qarabağdakı mina problemindən bəhs edən A.Uysal beynəlxalq ictimaiyyətin bu problemi görməzdən gəldiyini qeyd edib.

“Torpaqlar azad edildikdən sonra üç dəfə Qarabağa səfər etmişəm. Hər gəldiyimdə bu torpaqların nə dərəcə sürətlə inkişaf etdiyinin şahidi oluram”,- deyə o bildirib.

 

Qeyd edək ki, Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Ağdama səfər edib.

Xatırladaq ki, ötən gün Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.

Tacxeber.com

Oxşar xəbərlər