Ceyhun Bayramov belaruslu həmkarının vəfatından yazdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.
Tacxeber.com xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə xəbər tutdum. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.