Yanlış siyasətin qurbanları.
Bu gün 1932-1933-cü illərin Qolodomor qurbanlarının anım günüdür.
Qolodomor (Süni aclıq) SSRİ-nin bəzi bölgələrində əmri Stalin tərəfindən verilmiş əhalinin mütəşəkkil kütləvi qırğınıdır.
Qolodomordan sonra əhalinin sayı belə azaldı:
Ukraynada – 20,5%;
Şimali Qafqazda – 20,4%;
Volqa bölgəsində – 23%,
Qazaxıstanda – 30,9%.
Qolodomor qurbanlarının sayının 9,4 milyon olduğu təxmin edilir. Ukraynada 4 milyon, Rusiyada 2,5 milyon, Qazaxıstanda 1,5 milyon, Belarusda isə 1,5 milyon qırılıb.
Sovet İttifaqı Qolodomorla aşağıdakı vəzifələri həll etdi:
kiçik sahibkarları məhv etdi;
kənd təsərrüfatının zorla kollektivləşdirilməsini həyata keçirdi;
ölkənin sürətli sənayeləşməsi üçün kəndliləri kənddən sıxışdıaraq fəhlə ordusu yaratdı.
Dünyanın heç bir yerində, heç vaxt insanlar bu şəkildə qətlə yetirmədilər.
Soyqırımın təşkilatçılarından heç biri mühakimə olunmadı, cəzalandırılmadı.
2-ci foto: Qolodomorun təşkilatçıları: Lazar Kaganoviç, İosif Stalin, Pavel Postışev. Şəkil 1934-cü ilin yanvarında – milyonlarla insanın qətlə yetirilməsindən dərhal sonra çəkilib.
- İbrahim Nəbioğlu