• 23 Noyabr 2024 05:55

Çeçenistan sakini Putini qucaqlamaqdan imtina etdi

Çeçenistan sakini Putini qucaqlamaqdan imtina etdi

Çeçenistan sakini hərbi qulluqçuların anaları ilə görüşdə Rusiya prezidenti Vladimir Putini qucaqlamaqdan imtina edib.

Tacxeber.com xəbər veri ki, qərara səbəb onun bölgəsinin adət-ənənələri olub. Görüşdən bir fraqment “ Moskva ” verilişinin aparıcısı tərəfindən dərc olunub .

Kadrlardan görünür ki, dövlət başçısı görüş iştirakçılarının hər birini qucaqlayır, lakin Çeçenistan Respublikasının sakini bundan imtina edir.

“Biz öpüb əl verə bilmərik, üzr istəyirik. Bizim öz adətlərimiz var” deyə Çeçenistan sakini bildirib.

“Bilirəm, bilirəm. İndi (Çeçenistan rəhbəri) Ramzan Kadırova deyəcəm ki, mən sizi qucaqlayıram”, – prezident cavab verib.

Prezident Vladimir Putin noyabrın 25- də Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin anaları ilə fərdi görüş  keçirib. O, noyabrın son bazar günü ölkədə qeyd olunan Analar Günü ərəfəsində təşkil edilib.

Tacxeber.com

Oxşar xəbərlər