• 22 Noyabr 2024 23:36

Parlamentə istilik verilmədi, deputatlar qalın paltar geyindilər

 

Almaniya parlamentinin bəzi deputatlarının iclaslar zamanı qalın paltar geyindikləri və şərf taxdıqları müşahidə edilib.

Bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri məlumat yayıb.

Bildirilib ki, parlamentdə ofis və konfrans otaqları yalnız 19 dərəcəyə qədər qızdırılır, dəhlizlər və foyelər ümumiyyətlə qızdırılmır.

İclasların birində Yaşıllar fraksiyasının həmsədri Renate Künast qalın gödəkçə, maliyyə naziri Kristian Lindner pencəyinin altından qalıb paltar geyinib, deputat Klara Qeivitz isə boynuna böyük şərf bağlayıb.

Bundestaq administrasiyasının məlumatına görə, ofislər tezliklə yenidən istiliklə təmin olunacaq. Lakin bu, bir qədər vaxt aparacaq.

Rusiyadan tədarükün azalması fonunda Almaniyada qazın qiyməti kəskin artıb, yayda hakimiyyət orqanları almanları daha az yuyunmağa və soyuq suda çimməyə çağırıb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər