“Təsdiq edirik ki, aclıq bir daha silah kimi istifadə edilməməlidir”.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Qida Təhlükəsizliyi Sammitində çıxışı zamanı deyib. O, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilən Taxıl Razılaşmasını nəzərdə tutaraq çıxışına belə davam edib:
“Ukrayna qidası olmasaydı, tərəfdaşlarımız və rəhbərliyimiz olmasaydı, Şimali Afrika və ya Yaxın Şərq kimi regionlarda sosial sabitlik mümkün olmazdı. Rusiya məhz bunu istəyirdi. Biz buna imkan verməməliyik”.
Ukrayna lideri qida təhlükəsizliyinin sabitliyin əsas elementlərindən biri olduğunu vurğulayıb:
“Qida təhlükəsizliyi qlobal sabitliyin əsas elementlərindən biridir. Ukraynanın aparıcı rolu ən çox burada özünü göstərir. Üç Qara dəniz limanından taxıl ixracı təşəbbüsümüz sayəsində dünya bazarına təxminən 12 milyon ton ərzaq göndərdik. Dünyanın 40 ölkəsinə göndərdik. Bu məbləğin iki milyon yarım tondan çoxu nəinki ərzaq qıtlığından əziyyət çəkən, hətta ciddi böhran yaşayan ölkələr üçündür”,- deyə o əlavə edib.