Hafiz Hacıyev Talıbovu İFŞA ETDİ: “Mehdiyevin Naxçıvanda “zühur”u ilə orada böyük planlar qurulub”
Son zamanlar DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar və vəzifəli şəxslərin qanunsuz əməllərə görə saxlanılması ölkə gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. Bu əməliyyatların və həbslərin Naxçıvan “xanı” Vasif Talıbovun sonunu gətirəcəyi ilə bağlı da bir sıra fikirlər səsləndirilir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Naxçıvan bu günə qədər nəzarətdən kənar qalan bir bölgə olub: “Orada Vasif Talıbov özünə dövlət yaradıb. Talıbovun oğlanları isə Türkiyədə və digər xarici ölkələrdə “atamız yaxın vaxtlarda prezident olacaq” deyərək siyasi fəaliyyətə başlayıblar. Onların Naxçıvan camaatına etdiyi zülmlər heç bir çərçivəyə sığmır. Bu gün naxçıvanlıların İstanbulda çox pis vəziyyətdə yaşadığını hər kəs bilir. Ona görə də, DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar çox ağıllı, lakin bir az gecikmiş addımdır”.