• 22 Noyabr 2024 17:40

ABŞ özünün çox məxfi silahını təqdim etməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, layihədə 8 min adam çalışıb. 203 milyard dollar xərcləyərək ABŞ tarixinin ən bahalı silahını üzə çıxarıblar. ABŞ Hərbi Hava Qüvvələri gələn ayın əvvəlində indiyə qədər istehsal etdiyi ən qabaqcıl təyyarəsini təqdim etməyi planlaşdırır.

 

Əvvəllər görünməmiş müharibə texnologiyalarını özündə birləşdirən gizli silah dekabrın 2-də təqdim olunacaq.

“B-21 Raider” gizli bombardmançı təyyarəsi Kaliforniya ştatının Palmdale şəhərindəki Northrop Grumman obyektində təqdim ediləcəyi bildirilib.

Bombardmançı ən son gizli texnologiyalardan istifadə edən uzun mənzilli bombardman və nüvə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Tacxeber.com

Oxşar xəbərlər