• 23 Noyabr 2024 07:53

Putin getsə də, Rusiya dağılacaq – KQB əməkdaşından sensasiyalı açıqlamalar

“Həm Putinin, həm də bu iyrənc təcavüzün ən uzağı yazadək bitəcəyini gözləyirəm. Sonrası nə olacaq, bu başqa, bu barədə danışmaq hələ tezdir…”

Tacxeber.com xəbər verir ki, bunu KQB-nin 5-ci idarəsinin sabiq əməkdaşı polkovnik-leytenantı Vladimir Popov “Qordon”a müsahibəsində deyib.

“Rusiya müharibəni uduzur və uduzacaq da… Ukraynada olduğu kimi eyni “mobiklər” (mobilizasiya edənlər) və ya “çmobiklər” dedikləriniz bu problemi həll etməyəcəklər. Çünki ordunun dözülməz şəraitdən tutmuş, silah-sursat təchizatı məsələsi dəhşətli vəziyyətdədir. Bu da məğlubiyyəti şərtləndirən əsas amillərdəndir”, – Popov qeyd edib.

O əlavə edib ki, bundan əlavə olaraq bu gün Rusiyadakı iş adamları və əksəriyyət Putinə nifrət edir: “Putin onların həyatlarını alt-üst etdi. Onlar firavan həyat sürürdülər, doğrudan da, hara istəyirlərsə, gedirdilər, övladları xaricdə oxuyur, var-dövlətləri xaricdə… İndi də bu aktivləri dondurulur, yaxtaları əllərindən alınır… Təbii ki, onlar Putinə nifrət edirlər. Amma nə etsinlər, bilmirlər. Onların arasında sağlam düşüncəli rəhbər yoxdur. Sadəcə olaraq bunu görmürlər. Və təbii ki, onların Putindən sonra nə olacağı ilə bağlı qorxuları var. Bu, tamamilə təbiidir”.

Rusiyada hakimiyyət dəyişikliyini istisna etməyən Popov deyib ki, şəxsən bunu proqnozlaşdırır.

“Putinin gedişindən sonra sərt variantın tətbiqi istisna edilmir. Onsuz da kim olursa olsun müharibəni uduzacaqlar. Ancaq bunun daha da necə inkişaf edəcəyini proqnozlaşdırmaq sadəcə çox çətindir. Çünki yenə də onların arasında gözə dəyən əhəmiyyətli bir fiqur yoxdur və onlardan başqa heç kim görünmür”- o vurğulayıb.

O əminliklə qeyd edib ki, Rusiya üçün bu müharibədən heç bir qazanc olmayacaq: “Rusiyanın hərbi vəziyyəti günü-gündən pisləşəcək”.

Müharibədə Ukraynanın qalib gələcəyini, Rusiyanın isə dağılacağını deyən Popov əlavə edib ki, Ukrayna bütün sivil dünya ilə birlikdə qalib gələcək və nəhayətində Rusiya layiq olduğu cavabı alacaq.

“Bu haqda uzun illərdir danışıram. Yeri gəlmişkən, bir neçə il əvvəl Kiyevin “Obozrevatel” nəşrinə verdiyim müsahibələrin birində demişdim: “Rusiya gec-tez dağılacaq”. O zaman dediyim bu fikir çoxlarında təəccüb doğururdu. Mən buna dərindən əminəm. Və indi bu tendensiya bunun ən bariz nümunəsidir”, – o vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər