• 23 Noyabr 2024 06:44

“Qarabağ heç vaxt Ermənistanın tərkibinə daxil olmayacaq” – Ermənilər Vardanyanın sözlərindən “YANIR”

Erməni mediası Ruben Vardanyanın müsahibəsindən od tutub yanır.

Ruben Vardanyan RTVI beynəlxalq telekanalına müsahibə verib. O bildirib ki, “Qarabağ heç vaxt Ermənistanın tərkibinə daxil olmayacaq”.

Bu da Ermənistanda “tektonik yerdəyişmələrə” səbəb olub. Ermənistanda əvvəllər hesab edirdilər ki, Vardanyan Qarabağdakı erməniləri xilas etməyə gəlib. Lakin məlum olduğu kimi, o, yalnız qeyri-rəsmi olaraq sülhməramlıların müvəqqəti məsuliyyət zonasını Rusiyaya inteqrasiya etmək üçün gəlib.

“Mən şadam ki, Qarabağda baş verən hər şey Ermənistan, Rusiya, Azərbaycan və beynəlxalq mediada müzakirə mövzusuna çevrilir.

Mən həmişə çox ardıcıl və açıq şəkildə demişəm ki, Qarabağ mənim üçün qırmızı xətdir. Bu nöqteyi-nəzərdən erməni elitasının Qarabağda baş verənləri sadəcə seyr etməsini və heç nə etməməsini qəbuledilməz hesab edirəm.

30 il ərzində müxtəlif mərhələlərin olduğunu dərk etmək lazımdır. Bu mənada hərbi ritorikaya davam etsək, bu dalana dirənir. Sonsuz mübarizə aparmaq olmaz. Bunun əbədi davam edə bilməyəcəyini düşünməliyik. Düşünürəm ki, Azərbaycan anaları da yeni müharibə və oğullarının ölümünü istəmir”, – deyə Vardanyan bildirib. (Konkret.az)

Xuraman Etibarlı

Tacxeber.com

Oxşar xəbərlər