• 23 Noyabr 2024 03:24

Boşansalar da, məhkəmədən əl-ələ çıxdılar – FOTO

Bu gün həyat yoldaşım Ece ilə evliliyimizi sonlandırdıq. Ədliyyə binasına əl-ələ girdik və əl-ələ çıxdıq. Ən gözəl xatirələrimizi, anlarımızı, bütün hekayəmizi hər zaman xatırlayacağam. Sevgi, eşq, zəhmət, bağlılıq və şəfqət dolu 7 illik bir sevgi hekayəsi… Mən və dostlarım bilir. Çətin və qəddar dünyada iki insan yüklərin altında əzilə bilir, müalicə üçün çarə tapa bilmir.

Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyənin görkəmli pianoçusu Fazil Say sosial mediada yazıb. Həyat yoldaşı Ece Dağıstan ilə əl-ələ fotolarını paylaşan musiqiçi boşandıqlarını xəbər verib. Fazıl Say qeyd edib ki, ayrılıq qərarını vermək heç biri üçün asan olmayıb:

“Bəzən dərdlərə əyilir, həm hər şeyə, həm də heç bir şeyə yol alan ömürlərimizdə bir çıxış olmur, Ece həmişə yaxşı olsun, bəlkə də beləsi daha yaxşıdır. Tənha həyatımda yeni bir “böyük” səhifə açılır, “böyük dövr” başlayır, yaxşı bir marşrut çəkərək yaxşı bir yol getmək istəyirəm, həyatımın, sağlamlığımın, musiqimin və hər şeyin qayğısına qalacam. Dostlarımla bu gün hamımız kədərlənirik”, – musiqiçi paylaşımında qeyd edib.

Məlumat üçün bildirək ki, cütlük 2019-cu ildə rəsmi nikah bağlayıb.

 

Oxşar xəbərlər