• 23 Noyabr 2024 00:23

Təqaüdçülərin pullarını ələ keçirən şəxs saxlanılıb

Təqaüdçülərin pullarını ələ keçirən şəxs saxlanılıb

Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.

Qeyd edilib ki, cari ilin noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.

Faktla bağlı C.Məlikov barəsində Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

“Polis əməkdaşları Cavidan Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə müraciət etmələri xahiş olunur”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər