• 23 Noyabr 2024 04:04

Söyüşə görə qətl: “Hamı Rəşad Dağlının tərəfini saxlayandan sonra belə oldu”

“Mən bu qətli pisləyirəm. Özü yaşca böyük və o da idmançı. Bıçağa əl atmaq nə deməkdir?! Orada nə söhbət olub, heç bilinmir. 16 yaşlı uşaq hara, söyüş hara?! Belə hadisəni nə cür təqdir etmək olar?! Onda elə küçədə hamı bir-birini vursun, sonra da desin ki, söyüş söyüb”.

Tacxeber.com xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, 16 yaşlı taekvandoçu Turan Rüstəmovun qətlinə münasibət bildirib:

“Söyüş üstündə kimisə öldürmək düzgün hərəkət deyil.

Mən Rəşad Dağlının hərəkətini də pisləmişəm, mətbuatda da demişəm, yazmışam da. O adam deyil, narkomandır, “barıqa”dır, deyirlər. Deməli, küçədəki narkomanları, “barıqa”ları öldürməliyik?! Deyir, ağlım başımda olmayıb, affekt vəziyyətində olmuşam.

Sən vurub xalqın uşağını öldürmüsən. Kim olur-olsun, nə olur-olsun, niyə öldürürsən?! Uzaqbaşı döyə bilərdin. Niyə öldürmüsən axı? Elə hamı onun tərəfini saxlayandan sonra bu hadisələr oldu. Adamlar belə şeylərə baxıb “qəhrəmanlıq” etmək istəyirlər”.

“Bunların hamısı cinayətə meylli insanlardır ki, dəstəkləyirlər. Sosial şəbəkədə, saytlarda yazırlar, başqaları da ondan ruhlanır, deyir, mən də öldürəcəyəm. Belə şey olmaz axı?!” – deyə deputat fikirlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər