• 23 Noyabr 2024 04:35

Oğlanlar özünü qız kimi aparır, bu qidaları yemək olmaz – Professordan ÇAĞIRIŞ

 

“Son zamanlar tez-tez belə bir fikir səslənir ki, “bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir”.

Bu cür məlumatlar Covid-19 bəlasının acı həqiqətləri səbəbindən, mənən tükənmiş və ruhən sarsılmış xüsusən, valideyn olan insanlara yenidən ağrılı və sarsıntılı hisslər yaşadır”

 

Bunu professor Musa Qəniyev bildirib.

Alimin sözlərinə görə, bəzi oğlan uşaqlarında yaşanan davranış pozğunluğu müvəqqəti ola bilir:

“Əvvəla, insanların narahatlığının əsasında, Qərbdə bu kimi məsələlərə fərqli münasibətin olması durur (məsələn, eynicinslilərin evlənməsi). Bunu bəziləri, hətta “Şərqə intiqrasiya edən Qərb modeli” də adlandırırlar. Gen mutasiyasının nəticəsi kimi, əsasında hormonal disfunksiya duran bu durum, əslində ali sivilizasiyaların 100 illərlə davam edən, son mərhələsində önə çıxır (məsələn, antik dövrdə Yunanıstanda olduğu kimi) və yeni dövrün başlanması ilə sporodikləşir. Odur ki, bu halı konkret məkanla bağlamaq düzgün deyildir. Yəni, burada Qərb modeli, Şərq və ya Qərb anlayışı kimi deyimlər, eyni dərəcədə mənasız, əsassız və səhv fikirdir. Bu, hormonal disfunksiyadır, tamamilə fərqli yanaşma, interperetasiya və təhlil tələb edir. Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideynlərin narahatlığına səbəb olan hal isə hormonal aktivliyin modulyasiyasıdır. Yəni patoloji proses deyildir. Fizioloji kənaraçıxma kimi dəyərləndirilən bu halın əsasında, zülali qidalanmada hormonal tənzimin pozulması durur (məsələn, heyvandarlıq və quşçuluq təsərrüfatlarında, hormonlarla zənginləşdirilmiş zülal tərkibli,  yemlərdən nəzarətsiz istifadə və s.).

Müxtəlif yarımfabrikat, enerji içkiləri, fəsdfud və s. qidalara normativə tam əməl olunmayan E120,  E621,  E250  və s. kimi fərdi indeksli iştah və dad artırıcı əlavələr də bura aiddir. Uşaq orqanizmində hormonların dəyişim nisbəti, fizioloji tarazlıq halına, ilkin yetkinlik yaş dövründə, yəni təbii dinamik fərqlilik nisbətinə qədəm qoyduqda, tam bərpa olunur. Odur ki, bəzi oğlan uşaqlarında müşahidə olunanlar yalnız geri dönüşlü müvəqqəti hal və ya fizioloji pozğunluqdur. O, xüsusi narahatlığa səbəb olacaq, heç bir ciddi patologiyadan xəbər vermir. Buna görə valideynlər qorxu, stress və gərginlik hissi keçirməməlidir. Yalnız uşaqları qorumalı, qüruruna toxunmamalı, özünə qapanmaya imkan verilməməli, bunun müvəqqəti bir hal olduğunu həm özləri anlamalı, həm uşağa, həm də yaxın ətrafa anlatmalıdırlar. Başqa sözlə, bunun yuxarıda dediyim sivilizasiya dönəmi ilə bağlılığı və ya aşağıda təhlilini verdiyim məlum xəstəliklə heç bir əlaqəsi yoxdur. Yəni bu hal nə xəstəlik, nə də patoloji prosesdir”.
M.Qəniyev oğlan uşaqlarının özünü qız kimi aparmalarının anadan qaynaqlandığını da deyib. Professor bu “xəstəliyin” 3 nəslə ötürülə biləcəyini də vurğulayıb:

“İndi isə, insanların məlum səbəbdən qorxduğu xəstəlik barədə. Əksəriyyətin müxtəlif adlarla adlandırdığı patoloji hal, müstəqil nozoloji vahiddir. O, X xromosomu, yəni ana xətti ilə (bu cür qadınlarda cinsi istəkdə müəyyən fərqlilik olur) nəsildən-nəsilə verilən, irsi genetik xəstəlikdir. Çünki oğlan uşaqları X xromosomunu anadan alır və ana xətti oğlanlarda daha güclü olur. Odur ki, ana tərəfdə məlum xəstəlik varsa, dünyaya gələcək oğlan uşaqlarının daşıyıcı olma ehtimalı yüksəkdir, lakin mütləq deyildir. Çünki bu xəstəlik cəmi 3 nəsil davam edir. İlkin mənbədə bu gen inaktivdir. Bizim gördüyümüz aktiv faza 2-ci nəsildə olur. 2-ci nəsildə X xromosomunu ana xətti ilə alan, onun daşıyıcı və ötürücüsü olan qız uşaqlarında isə bu gen telomer itkisi səbəbindən 50:50 faiz nisbətində inaktivləşərək, növbəti 3-cü nəslə remissiv şəklə ötürülür. Nəticədə, anaya münasibətdə 2-ci, əslində 3-cü nəsil sayılacaq doğulan oğlan uşaqlarında bu xəstəliyin baş vermə ehtimalı sıfır faiz nisbətində olur. Yəni bu cür şəxslərə görə də, gələcək nəsil üçün xüsusi narahatlığa əsas yoxdur. Çünki əksər gen patologiyalarından fərqli olaraq bu xəstəlik əbədi deyildir. Biz onun aktivlik halını yalnız 2-ci nəsildə görürük. Son olaraq, xatırlatmaq istəyirəm ki, istər bu, istərsə də digər xəstəlikdən qorunmağın əsas yolu təbiətin mütləq qanunları, xüsusən, əksliklərin vəhdətini (gecə-gündüz, yaxşı-pis, qadın-kişi və s. kimi) mövcudiyyətin təməl əsası kimi qəbul edib, ona tabe olmaq və əməl etməkdir. Yalnız bu halda “anormal” hal və xəstəliklərdən sığortalanmış olarıq”. (Sfera.az)

Tacxeber.com

Oxşar xəbərlər