• 23 Noyabr 2024 03:35

İcra hakimiyyətinə etiraz etdi – Özünü yandırdı

 

Bakıda Vətən Müharibəsi iştirakçısı özünü yandırmağa cəhd edib. 

Tacxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Qafqazinfo-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə bu gün saat 12:00 radələrində Yeni Yasamal qəsəbəsində baş verib.

Belə ki, vətəndaş Vüqar Əzizov həmin ərazidə işlətdiyi köşkün önünə satış məqsədilə mallar yığıb. Lakin onun yığdığı mallar səkinin böyük hissəsini zəbt edib və ərazidə piyadaların sərbəst hərəkətinə maneə yaradıb. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları ondan səkiyə yığdığı malları götürməyi tələb ediblər.

Tələblə razılaşmayan V.Əzizov etiraz əlaməti olaraq özünü yandırıb. Həmin vaxt ərazidə olan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırıblar. Hazırda V.Əzizovun vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər