• 22 Noyabr 2024 23:53

Timsah azyaşlı uşağı atasının gözü qarşısında parçaladı.

 

Malayziyada timsah azyaşlı uşağı atasının gözü qarşısında parçalayıb.

Tacxeber.com xəbər verir ki, hadisə ata oğlu ilə çayda balıq tutarkən baş verib.

Qəfildən üç metrlik timsah oğlana yaxınlaşaraq uşağı tutub və suyun altına sürükləyib. Ata oğlunu xilas etməyə çalışsa da, bacara bilməyib.

Yerli sakinlərin dediyinə görə, timsah ağzında uşaq bir neçə dəfə suyun səthi ilə üzüb, sonra isə yox olub.

Məlumata görə, uşağın meyiti hələ də tapılmayıb.

Tacxeber.com

Oxşar xəbərlər