Tehran ölkədəki etirazların yatırılmasında kömək üçün Moskvaya müraciət edib.
Tacxeber İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Nəşrin yazdığına görə, İran Kremldən nümayişləri dağıtmaq üçün texniki ləvazimatların verilməsini və etirazları yatırmaq üçün təhlükəsizlik əməkdaşlarına təlim keçməsini istəyib.
İran rejiminin nümayişlərin tezliklə səngiməyəcəyini anladığı vurğulanır. Buna görə də Tehran həm avadanlıq, həm də canlı qüvvələri baxımından məhdud resurslardan narahatdır. (Moderator.az)