“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdırmayacaq.
Tacxeber xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin agenti Mark Kosike məlumat verib. O, Kloppun adının Almaniya millisi ilə hallanması ilə bağlı deyib: “Bu, sadəcə mediada müzakirədir. Yurgenin “Liverpul”la 2026-cı ilə qədər müqaviləsi var və o, klubda qalmaq niyyətindədir”.
Xatırladaq ki, Almaniya millisi DÇ-2022-də qrup mərhələsini adlaya bilməyib və ardıcıl ikinci dəfə qrupda qalıb. Komandanı Hans Diter Flik çalışdırır. (qol.az)