• 21 Noyabr 2024 23:33

Mədə yanğısından necə xilas olmalı

İnsanlar bəzən çox yediyi zaman mədə yanğısından əziyyət çəkirlər. Qarşısını almaqdıqda isə bu hal uzunmüddətli olur.

Medicina.az xəbər verir ki, aparılan araşdırmalara görə, ciddi səbəbi olmayan mədə qıcqırmalarının qarşını almaq mümkündür. Bunun üçün mədədəki asit maddəsini neytral hala gətirmək lazımdır. Mədə üçün hansısa dərmanın həkim göstərişi olmadan istifadəsi isə məsləhət deyil.

Lakin asit maddəsinin təsirini azaldan qidaları qəbul etməklə mədə yanğısından xilas ola bilərsiniz.

Mədə yanğısı hiss edildiyi zaman süd içmək faydalıdır. Ancaq uzun müddət içmək tövsiyə edilmir.

Bir stəkan suda bir çay qaşığı soda qarışdıraraq içmək mədə yanğısının qarşısını alır. Səbəb isə sodanın mədədəki asitin təsirini azaltmasıdır.

Bir şirniyyat qaşığı bala eyni miqdarda yeni ya da quru zəncəfil qatılmalıdır. Bu qarışımı udmaqla narahatlığı aradan qaldıra bilərsiniz.

Mədə qıcqırmasının qarşısını alan və həzm sistemini normala döndərmək üçün şəkərsiz saqqız çeynəmək faydalıdır.

Hər gün bir qaşıq daçınlı bal yemək probleminizə müsbət təsir göstərəcək. Bunun üçün bir qaşıq bala bir az darçın əlavə etməyiniz kifayət edəcək.

Qeyd edək ki, araşdırmalar göstərir ki, banan yemək də mədə yanğısının qarşısını qismən də olsa alır.

Tacxeber.com

Oxşar xəbərlər