• 24 Noyabr 2024 01:15

“O vaxt Ramiz Rövşən, Vaqif Səmədoğlu kimi şairlər ona görə meydana çıxdı ki…”

 

Valeh Kərimov: “Bu gün gündüz şeir yazır, axşam bəstələdir, səhər ifa etdirirlər”

“Sovet dönəmində yazıçılar, şairlər universitetlərdə, ədəbi-bədii dərnəklərdə çıxışlar edir, özlərini inkişaf etdirmək üçün mütəmadi şəkildə çalışırdılar”.

Tacxeber bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, məhz bu cür dərnəklər, ədəbi məclislər gənc şairlərin püxtələşməsində mühüm rol oynayıb:

“Gənc şairlər ədəbi məclislərdə, dərnəklərdə yığılır, şeirlərini oxuyur, həmin şeirləri müzakirə edirdilər. Ona görə də həmin vaxt onların içəisindən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Əli Kərim, Məmməd Araz, Nüsrət Kəsəmənli kimi şairlər çıxdı. Onların hamısı ədəbiyyat dərnəklərində yetişən insanlar idilər. Onlar gənc yaşlarında böyük şairlər qarşısında şeirlərini oxuyur, tanınmış şairlər isə həmin şeirlərlə bağlı öz fikirlərini bildirirdilər. Indi biri gündüz şeir yazır, axşam bəstələdir, səhər isə mahnı kimi ifa etdirir. Təəssüf ki, bu gün ümumi mənzərə bundan ibarətdir”.

Tacxeber.com

Oxşar xəbərlər