• 22 Noyabr 2024 23:10

Puqaçova şirkətini buna görə ləğv edib

Hüquqşünas Andrey Maroçkin hesab edir ki, Alla Puqaçova ABP-ni gəlir çatışmazlığı səbəbindən ləğv edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Veçernyaya Moskva” məlumat yayıb.

ABP şirkəti sənətçinin konsertlərini, həmçinin Radio Alla radiostansiyasının fəaliyyətini təşkil edib. KİV-in məlumatına görə, 2019-cu ildən 2021-ci ilə qədər şirkətin mənfəəti 23 dəfə azalıb.

“Alla Borisovna ABP müəssisəsini bağlayır, çünki o, uzun müddətdir gəlir gətirmir və vergi bəyannamələri təqdim edilməlidir”, – Maroçkin əlavə edib.

O vurğulayıb ki , Puqaçovanın Rusiya ilə bütün əlaqələri tamamilə kəsdiyini söyləmək hələ tezdir.

Tacxeber.com

Oxşar xəbərlər