• 23 Noyabr 2024 01:38

Ağaları Paşinyana Qarabağla bağlı bu tapşırığı verib

İrəvan növbəti dəfə feyk yaymaqla məşğuldur. Belə ki, erməni mediası və sosial şəbəkə istifadəçiləri aktiv şəkildə “Azərbaycan 10 noyabr bəyanatını kobud şəkildə pozur, soyuq havada Qarabağa yolu bağlayır, humanitar fəlakt yaratmağı hədəfləyirlər” kimi yalan tirajlayırlar.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, əslində çox adi proses baş verib:

“3 dekabr saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Azergold” QSC-nin əməkdaşları sülhməramlı qüvvələrin Xankəndi və Şuşa arasında olan nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb və regionun ekoloji problemləri ilə bağlı monitorinqə başlamaq istəyini bildirib.

Danışıqlar zamanı nəzarət-buraxılış məntəqəsində təbii tıxac yaranıb. Laçın dəhlizinin bağlanılmasından isə söhbət gedə bilməz.

Sadə bir məsələ göz qabağındadır: Ermənistan yox yerdən yalan istehsal etməyə davam edir ki, regionda gərginlik yaratsın. Ermənistandan fərqli olaraq, Bakı və Moskva real strateji tərəfdaşdır, ona görə də Azərbaycan Kremlin diqqətini yayındırmamaq üçün Qarabağda indi gərginliyə getməyəcək.

Hazırda Qərb ağalarından İrəvana verilən əsas tapşırıq Qarabağda maksimum destabilizasiya yaratmaqdır ki, Moskvanın Ukrayna istiqamətində güc və diqqəti yayınsın. Buna görə də Ermənistanın bütün bəyanatlarına şübhə ilə yanaşılmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər