• 23 Noyabr 2024 07:46

Qətərdə dəvələr arasında gözəllik müsabiqəsi keçirildi – FOTOLAR

 

“Bu, bizim əcdadlarımızdan qalan mədəni irsimizdir…”

“Biz öz dəvələrimizi sevirik, onlara adlar veririk, bəzəyir və gözəllik müsabiqələrinə göndəririk…”

“Ən gözəl dəvə sahibi 55 min, ən məhsuldar dişi dəvə sahibi 4 min dollar mükafat alacaq…”

“Bizim dəvə balamız Ronaldu və Messidən daha yaxşı olacaq”, – sahibləri buna əmindir

Qətərdə gözəllik müsabiqəsi və eyni zamanda dəvələr arasında süd məhsuldarlığı üzrə dünya çempionatı keçirilib.

Dohadan 25 km aralıda keçirilən yarışda müxtəlif ölkələrdən yüzlərlə dəvə iştirak edib.

Onlardan birinin sahibi deyib ki, onun dəvəsi “Ronaldu və Messi ilə birlikdə olduğundan daha yaxşı olacaq”.

Tədbir Qətərin İdman Nazirliyinin himayəsi altında və Mundialın təşkilat komissiyası ilə əməkdaşlıq şəraitində keçirilib.

Finala çıxan bütün erkək və dişi iştirakçılar yarıqiymətli daşlarla gözəl boyunbağılarda addımlayıb.

Belə yarışlar Yaxın Şərq ölkələrində müntəzəm olaraq keçirilir, burada dəvələr əsrlər boyu insanların əvəzedilməz köməkçiləri olub.

“Bu, bizim əcdadlarımızdan qalan mədəni irsimizdir, – finala çıxan dişi dəvənin sahibi deyib. – Biz öz dəvələrimizi sevirik, onlara adlar veririk, bəzəyirik və gözəllik müsabiqələrinə göndəririk. Onlar bizim üçün ailə üzvlərimiz kimidir”.

Bəs mükafatlar?

Ən gözəl dəvə sahibləri 55 min dollar (200 min Qətər rialı), ən məhsuldar dişi dəvə sahibi 4 min dollar qazanacaq.

2-ci və 3-cü yerləri tutan dəvə sahibləri xüsusi kuboklarda kifayətlənməli olacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər