• 23 Noyabr 2024 05:04

Rusiya MN Azərbaycanla bağlı bu səhvini düzəltdi – Foto

Rusiya Müdafiə Nazirliyinin ölkəmizə müvəqqəti yerləşdirilən rus sülhməramlıların gündəlik fəaliyyətinə dair dünən paylaşdığı xəritədə “Dağlıq Qarabağ” ifadəsindən başqa digər yer adları Azərbaycan dilində qeyd olunub.

Tacxeber.com xəbər verir ki, bu, Rusiya MN-in rəsmi internet səhifəsində yerləşdirilən xəritədə əksini tapıb.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov 3 dekabr tarixində jurnalistlərin sualına cavabı zamanı toponimlərimizə hörmətlə yanaşdıqlarını, onları Azərbaycan tərəfinin göndərdiyi adlarla qeyd etdiklərini, lakin Rusiya MN-in internet səhifəsində bu qaydaya düzgün əməl olunmadığını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər