• 23 Noyabr 2024 00:22

14 yaşlı qız 6 yaşlı qardaşını sosial şəbəkədən aldığı göstərişlə ÖLDÜRDÜ

 

 

Moskva vilayətində 6 yaşlı qardaşını vəhşicəsinə öldürməkdə şübhəli bilinən 14 yaşlı qız bunu sosial şəbəkədən aldığının göstərişlə etdiyini bildirib.

 

Mənbənin sözlərinə görə, dindirilmə zamanı məktəbli sosial şəbəkədə naməlum şəxslə tanış olduğunu etiraf edib.

Onun sözlərinə görə, qıza yaxın adamını öldürmək tapşırığını verən anonim şəxs olub və bundan sonra məktəbli  kiçik qardaşını baltalayıb.

Xatırladaq ki, hadisə 2022-ci il dekabrın 4-də Boqorodsk şəhərində baş verib. Oğlan evdə 14 yaşlı bacısı ilə qalıb. Valideynlər gecə evə qayıdanda oğullarının qanlı meyitini çarpayıda tapıblar.

Uşaqların atasının nasist və okkultizm ideologiyasına düşkün olduğu, həmçinin bütpərəstlik mövzularında döymələr və taxta üzərində oymalar hazırladığı da bildirilib. İlkin məlumata görə, o, bəzi fotoşəkillərdə nasist simvolları olan paltarda təsvir olunan ögey qızına da bunu öyrədib. Hazırda qız saxlanılıb, barəsində “Azyaşlının qətli” maddəsi ilə cinayət işi başlanıb. (oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər