• 23 Noyabr 2024 05:34

“UKRAYNAYA RAKET HÜCUMLARINI BAYDENİN BİR QƏRARI İLƏ DAYANDIRMAQ OLAR” – “Dekabrda həlledici partiya oynanılacaq…”

“Krım azad olunsa, Donbas uğrunda savaşmağa ehtiyac qalmayacaq”

 

Ukrayna müharibəsi ilə əlaqədər beynəlxalq arenada baş verən hadisələr barədə tanınmış politoloq Andrey Piontkovski Ukraynanın “Apostrof TV” telekanalına müsahibə verib. Tacxeber  həmin müsahibəni təqdim edir:

-NATO-nun Buxarest sammitinidən nə gözləmək olar və Macarıstanın Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın NATO XİN rəhbərlərinin sammitində iştirakına yenidən veto qoymasını necə qiymətləndirirsiniz?

-Orbanın vetodan istifadə etmək hüququ yoxdur, oradakı yığıncaq Ukraynaya həsr edilib. Mən bu sammiti Finlandiya, İsveç və Ukraynanın iştirak edcəyi “NATO-2023” sammiti adlandırardım. Bəs, Macarıstan?… Əgər Macarıstan orada olmasa, bu, Avropanın təhlükəsizliyi üçün böyük itki sayılmayacaq.

Daha bir hadisə də baş verib. Berlində “G7” ölkələrinin ədliyyə nazirləri yığıncaq keçiriblər. Buxarestdəkı yığıncağın məqsədi Putinin Ukrayna infrastrukturunun dağıdılmsı cinayətinin növbəti dalğasının necə dəf edilməsilə bağlıydı. Mahiyyət etibarı ilə rəsmi şəkildə Peskovun dili ilə Ukrayna xalqına qarşı soyqırım proqramı elan olunub. Peskov deyib ki, əgər Ukrayna hakimiyyəti Ukrayna xalqının əzablarına son qoymaq istəyirsə, qoy, Rusiyanın “qanuni tələbləri”ni yerinə yetirsin.

Berlində Rusiyanın baş cinayətkarları üzərində beynəlxalq tribunalın yaradılması məsələsi müzakirə edilir. Almaniya Ədliyyə naziri çox güclü bəyanat verib. O, deyib ki, beynəlxalq cinayət məhkəməsi Buçada, İzyumda, Xersonda və Ukraynanın işğal olunmuş digər şəhərlərində törədilmiş konkret cinayətlərin araşdırılması ilə məşğul olur və bununla yanaşı, bu cinayətlərin təşəbbüskarı olan Rusiyanın yüksək hərbi- siyasi rəhbərliyi üzərində də tribunal yaradılması gözlənilir.

Almaniya Ədliyyə naziri sualları cavablandırarkən deyib ki, əgər ittiham olunan bu adamlar öz ölkələri hüdudlarını tərk edərlərsə, məhkəmənin verdiyi order əsasında həbs edilə bilərlər. Rusiyanın məğlubiyyətindən sonra bu adamlar Rusiyanın yeni hakimiyyəti tərəfindən beynəlxalq tribunala təhvil veriləcək.

Son günlər biz Qərbin Rusiya ilə münasibətdə yeni ritorika səviyyəsini görürük. Ümid edirik ki, bu ritorika Ukraynanın Rusiya raket zərblərindən qoruyacaq tədbirlərlə özündə konret ifadə tapacaq.

Ukraynanı raket zərbələrindən təkcə Hava Hücumundan Müdafiə sistemlərinin göndərilməsi ilə deyil, Rusiya ərazisindən qalxan strateji bombardmançıların bazasına, eləcə də Rusiya şəhərlərinə cavab zərbəsi vura biləcək uzun mənzilli raketlərin verilməsi ilə qorumaq lazımdır. Əgər Kremldə başa düşsələr ki, Xarkova vurulan zəbəyə cavab olaraq Moskvaya zərbə endiriləcək, o zaman onlar belə raket zərbələri vurmamışdan öncə min dəfə düşünəcəklər.

-Rusiya televiziyasında təbliğatçı Simonyan qeyd edib ki, əgər Rusiya məğlub olarsa, onda hətta Kremlin qapıçısını da Haaqa məhkəməsi gözləyir. Onun fikrinə görə,Ukrayna şəhərlərini və infrastrukturunu durmadan bombalamaq lazımdır…

– O, özünü müttəhimlər kürsüsündə görməkdə tamamilə haqlıdır. Əsas hərbi canilərin üzərində aparılacaq prosesdən əlavə, həm də belə bir proses öndə gedən təbliğatçı xanımlar – Skabeyeva, Simonyan və Zaxarova üzərində də qurulacaq.

– Onların şəhərlərin bombalanmasına çağırış etməsi bizm üçün təəccüblü deyil. Ancaq bu adamların Haaqa mövzusunu qaldırması o deməkdirmi ki, onlar vəziyyətin özlərinin ziyanına dəyişdiyini hiss edirlər?

– Əlbəttə ki, hiss edirlər. Mən dediyim kimi, Berlində “G7” ölkələrinin ədliyyə nazirləri beynəlxalq tribunalın yaradılmasını müzakirə edirlər. Amma o, bu bəyanatı Berlindən gələn xəbərlərdən öncə edib, deməli o, proseslərin istiqamətini anlayır. Hamı öz cinayətlərinə görə cavab verməli olacaq. Yeganə sual qalır ki, nə vaxt? Buna NATO sammitinin iştirakçıları cavab verə bilər. Ukraynanın qələbəsi şəksizdir, onun vaxtı Ağ evdəki bir qətiyyətsiz yaşlı adam tərəfindən tənzimlənir və o, istənilən anda elə sayda silah göndərilməsi əmrini verə bilər ki, bu, müharibənin qısa müddətdə sona çatmasına gətirib çıxarar. Biz ümid edirik ki, bu hadisə çox yaxın zamanlarda olacaq.

– Ukraynaya hücum etməmişdən öncə Rusiya NATO-ya genişlənməməklə bağlı ultimatum vermişdi. İndi Yens Stoltenberq deyir ki, müharibədən sonra NATO-nun qapıları Ukraynanın üzünə açıqdır. Beləliklə, NATO-nun sərhədləri haradasa uzaqlardan keçmək əvəzinə, lap Putinin burnun ucuna yaxınlaşıb…

– Bəli, bu, Stoltenberqin qızıl sözləridir. Nəhayət, Qərb Rusiya-Ukrayna müharibəsinin tarixi əhəmiyyətini və bu müharibədə Ukraynanın qələbəsini dərk etmək üçün yetişib. Stoltenberq deyib ki, Avropa bu müharibənin dəyərini ödəyir, lakin biz pulla ödəyirik, ukraynalılar isə qanları bahasına və əgər Ukrayna duruş gətirə bilməsə, Putin uğur qazansa, onda Avropa daha ağır hesab ödəyəcək. Ona görə də Ukraynaya maksimal dəstək vermək lazımdır.

İkinci mühüm bəyanat odan ibarətdir ki, qələbədən sonra Ukrayna NATO-nun tam hüquqlu üzvü olacaq.

-Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi deyib ki, Putin özünü iyrənc aparır. O,cəbhədə heç nə edə bilmədiyi üçün mülki insanlardan bunun heyfini çıxır. Rusiyanın tezliklə yenidən kütləvi raket zərbələri həyata keçirəcəyi barədə proqnozlar səslənir. Bu, sadəcə Ukraynada kollaps, təlaş yaratmaq üçünmü edilir?

-O, Putinin hərəkətlərini “mənfur” adlandırıb. Qərbin şüurunda tektonik dəyişiklər baş verir və gün keçdikcə bu, güclənir. Bircə qalır bu dəyişikliklərin Ukraynaya uzaqvuran raket verilməsinə qədər böyüməsi.

Onların qətnaməsində artıq hər şey yazılıb – Ukraynanı Rusiyanın raket zərbələrindən qorumaq. Lakin bunun üçün vaxt lazımdır. Kiyevi sabahdan qorumaq olar, lakin bütün ölkə üzrə inteqrasiya olunmuş sistem yaratmaqdan ötrü müəyyən vaxt lazımdır. ABŞ-ın bircə qərarı ilə Moskvanın və strateji bombardmançıların havaya qalxıdığı aerodromların vurulması üçün veriləcək silahlar sayəsində bu raket hücumlarına son qoymaq olar.

Buxarestdəki sammitdə Kuleba deyib ki, Ukraynaya tank və aviasiya verilməsi məsələsini qaldıracaq. Polşanın sovet təyyarələri ilə yanaşı, həm də “F-16” -lar verməsinin mümkünlüyü barədə ümidverici məlumatlar var.

-Medvedev növbəti dəfə ortaya atılıb təhdidlə danışır və deyir ki, əgər NATO Ukraynaya “Patriot” Zenit Raket Kompleksi verərsə, bu, Rusiya üçün qanunu hədəf olacaq…

-Pentaqonda arzulayırlar ki, Rusiya nəhayət etiraf etsin ki, NATO ölkələrinini ərazisi onun üçün qanuni hədəfdir. O zaman onlar Ukraynaya Rusiya ərazisini vura biləcək silah vermək məhdudiyyətini götürərlər. Elə onların özləri də vura bilərlər.

-Bizə “F-16” -lar verəcəklərmi? Biz bununla əlaqədar ziddiyyətli məlumatlar eşidirik. Axı, biz anlayırıq ki, cəbhədə uğur qazanmaq üçün daha çox silah alınmalıdır…

-Yadınıza salın, Amerikada Ukraynaya “Javelin” verilməsi ətrafında necə diskusiyalar gedirdi. Söylənilirdi ki, bu, elə hücum silahı deməkdir və onun verilməsi Putini təxribata çəkə bilər. Bütün Rusiya casusları “o, bizə nüvə bombası atacaq”, deyə bağırırdılar. Sonra “Stinger” verilməsi ilə bağlı diskusiya getdi, sonra haubitsalar, sonra “HIMARS”. Amerika həmişə şübhə yolundan keçir, lakin hər şey bizim xeyrimizə qurtarır.

Vaxtilə Çörçil deyib ki, amerikalılara etibar edə bilərsiniz, onlar həmişə düzgün qərar verirlər, amma bütün vasitləri yoxlayandan sonra. İndi də belədir, ABŞ-ın tərəddüd etdiyini görürük, lakin mənə elə gəlir ki, Putin Ukrayna şəhərlərinə raket hücümları ilə bu şübhələri aradan qaldırmağa kömək edəcək.

Peskovun sözlərindən sonra Qərbin ritorikası çox dəyşib, hələ İrəvandakı sammitdə Lukaşenko Peskovun fikirlərini bir daha təsdiq etdi. Xüsusi hərbi əmliyyat adlandırılan təcavüzlə Putin Ukrayna dövlətinin məhvini qarşıya məqsəd qoymuşdi. İndi isə o, artıq qarşıya başqa bir məqsəd qoyub – Ukrayna xalqının məhv edilməsini. O, tövsiyyə edir ki, əgər xalqın məhv edilməsini istəmirsinizsə, öz dövlətinizi məhv edin. O, hesab edir ki, Ukrayna əhalisi ya öz dövlətindən imtina etməlidir, ya da məhv edilməlidir.

Müasir Qərbə qarşı çoxlu iradlar irəli sürmək olar, amma Kremlin səhvi ondadır ki, onların özləri yaramazdırlar və fikirləşirlər ki, ətrafdakılar da belədir. Fikrimcə, Berlin və Buxarestdəki görüşlər göstərir ki, bizim Qərbin düzgün istiqamətdə hərəkətlərini alqışlamağa əsasımız olacaq.

-Rusiyalılar artıq gizlətmədən deyirlər ki, Ukrayna şəhərlərini bombalamaq lazımdır. Bununla yanaşı, həmin əməllərə görə həbs ediləcəkləri barədə danışanlar da var..

-Qorxu ilə hər şey daha da kəskinləşir. Onlar öz məğlubiyyətlərini və hərbi cinayətkarlar üzərində məhkəməni görürlər. Stoltenberq Ukraynanın NATO-ya qəbulundan danışdı, Ukraynanın qalib gəlməsi faktına heç kim şübhə etmir. Ədliyyə nazirləri də Ukraynanın Rusiyaya qalib gəlməsini və Putinin, Lavrovun, Medvedevin, Patruşevin və başqalarının məsuliyyətə cəlb olunub-olunmayacağını müzakirə etməyiblər. Onlar bu adamların məsuliyyətə cəlb edilməsi mexanizmini, onların məhkəməyə necə gətiriləcəyini müzakirə ediblər.

-Əgər, Putin Çinə uçarsa, Pekin onu təhvil verərmi?

-O, uçacaq, sonra isə Çin hansısa çiplərin ABŞ-a ixrac olunmasının aşağı salınmış tarifləri müqabilində onu satacaq.

-Belarus Xarici İşlər naziri Makeyin müəmmalı ölümü və “Robert Lansinq İnstitutu”nun analitiklərinin Kremlin Lukaşenkonu aradan götürmək planları barədə məlumatları haqqında nə fikirləşrsiniz?

-Amerikan institutunun Lukaşenkoya qarşı sui-qəsd hazırlanması ilə bağlı xəbərdarlığı Makeyin ölümündən öncə səsləndirilmişdi. Baxın, Makeyin ölümü Lukaşenkoya qarşı sui-qəsdin daha incə formasıdır, nəinki onun birbaşa aradan götürülməsi. Onlar Lukaşenkonun Qərbə tərəf olan pəncərəsini sındırdılar. Makey Qərb vektoruna cavab verirdi. O, son dövrlər Rusiya təbliğatçılarını daha çox qıcıqlandırırdı və Çin vektoruna da cavabdehlik daşıyırdı. Lukaşenko Si Szinpindən Qazaxısatanla bağlı səsləndirdiyi bəyanat kimi dəstəyə nail olmaq istəyib. Məlum olduğu kimi, Çin Qazaxıstanın ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib. Lukaşenko da Belarusla bağlı belə bir bəyanatın səsləndirilməsinə çalışıb ki, bu da Putini narahat edib.

Yəni, indi Lukaşenko faktiki olaraq bütün xarici əlaqələrdən məhrumdur. O, Putinin girovudur və indi onun mütləq öldürülməsinə ehtiyac yoxdur. Ancaq Putin nə edirsə etsin, səmərəsizdir. Axı, hətta əgər o, Lukaşenkonu Ukraynaya qarşı hücuma keçməyə məcbur etsə belə, belaruslu əsgərlər silahı onların özlərinə qarşı çevirəcəklər. Putin Belarusdakı hakimiyyəti tam əlinə götürməyə nail olub. Lukaşenko 30 il müqavimət göstərib. Əvvəl Yeltsinə, sonra isə Putinə. O, Ukraynaya qarşı birbaşa müharibə etməmək üçün bir neçə ay müqavimət göstərib, amma indi Putin ona qalib gəlib. Vladimir Vladimiroviç bundan sonra nə edəcək? Onun bütün qələbələri ağır siyasi nəticələrlə yekunlaşır.

-Sizcə, qış Ukraynadakı qarşıdurmanın zirvəsi olacaqmı?

-Mənə elə gəlir ki, döyüşlər dekabrın ortasından aktivləşəcək, çünki torpaq donacaq. Müharibənin taleyinin tezliklə necə həll olunması isə ABŞ-dan və ümumiyyətlə, Qərbdən asılıdır.

-Son zamanlar Krımın azad edilməsi məsələsi yenidən qaldırılır. Sizcə, bu, necə baş verəcək? Qərbin bununla əlaqədar baxışı varmı? Artıq aydınlaşıb ki, Krım Ukrayna ordusu üçün daha asan hədəfdir, nəinki Donbas…

-Yox, Qərbin öz baxışı, Ukraynanınsa öz baxışı var. Diqqət edin, Krım siyasi-diplomatik sferadan nə dərəcədə xalis hərbi sferaya keçib. Aydındır ki, Zaporojyedən Melitpola və irəliyə sahilboyunca hücum dərhal böyük Krım-Xerson mühasirəsi yaradır və beləliklə, yeganə əlaqə xətti kimi çox kövrək olan Krım körpüsü qalır. Və bu, Donbasdakı möhkəmləndirilmiş istehkamları keçməklə müqayisədə qələbəyə aparan daha asan yoldur. Mən düşünürəm ki, Krıma hücum rejimin çökməsinə və ya onun kapitulyasiyaya hazır olmasına, beləliklə də siyasi nəticələrə gətirib çıxarcaq. O zaman Donbas uğrunda mübarizə aparılmasına, savaşmağa artıq ehtiyac qalmayacaq.

-Putinin gələcək taleyi ilə bağlı Qərbdə hanısısa konsensus varmı? Putinin simasının saxlanması üçün Orban və digərləri tərəfindən fikirlər səsləndirilir…

– Orban öz siması və öz aqibəti haqqında düşünməlidir. Putinin simasını qorumaqdan çox onun özü barəsində düşnməsi vacibdir. Bu, onun üçün daha aktual mövzudur. Bəli, Qərbdəki Kreml agenturası başa düşür ki, müharibə uduzulub və Putin gedəcək. Lakin deyirlər ki, nəticədə bütün hakimiyyət dağılacaq və böyük Rusiya ortada qalacaq, vətəndaş müharibəsi başlayacaq, qarışıqlıq düşəcək. İndi onlar Qərbi bu cür qorxudurlar. Əvvəllər öz gücləri ilə qorxudurdular, indi isə qarışıqlıq düşməsiylə qorxudurlar. Amerika siyasətçilərinin bir hissəsi buna reaksiya göstərir,amma Ukrayna xalqı təslim olmayacağı təqdirdə onun əzablarını artıracaqları barədə Rusiydan gələn sözlər böyük təəssürat yaradır. Görəsən, Qərb düşüncəsi üçün Putinin ehtiyatlı və idarəolunan kapitulyasiyası mühüm olacaqmı? Axı, bu, on minlərlə ukraynalının qanı hesabına baş verəcək. Yaxın zamanlarda hansısa qərar qəbul olunmalıdır, mənim fikrimcə, dekabrda həlledici partiya oynanılacaq”. (Azpolitika)

Tacxeber.com

Oxşar xəbərlər