• 23 Noyabr 2024 07:55

Kəlbəcərdə əsgərimiz intihar etdi – Foto

Kəlbəcərdə əsgərimiz intihar etdi

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri intihar edib.

Tacxeber Respublika Hərbi Prokurorluğuna istinadən xəbər verir ki, hərbi qulluqçu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun dekabrın 5-i odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib: “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

Tacxeber.com

Oxşar xəbərlər