• 23 Noyabr 2024 09:34

Ukraynaya hərbi kömək edə bilmərik – Hakim partiya

 

Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım göstərə bilməz.

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstan parlamentindəki hakim “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan Ukraynaya tam siyasi dəstək verir.

“Gürcüstan həm də Ukraynaya imkanlarından artıq humanitar yardım göstərir, ancaq biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik”, – deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müxalifət nümayəndələrinin Gürcüstan vətəndaşlarını Ukraynadakı müharibə zonasına muzdlu əsgər kimi cəlb edib göndərdiklərini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər