Xərçəng haqqında miflər
Bu, belə deyil.
Ənənəvi olaraq, biz xərçəngin yaşla əlaqəli xəstəlik olduğunu hesab edirdik. Ancaq son onilliklərdə o, çox gəncləşdi. Xəstəliyin zirvəsinin kifayət qədər yaşlı dövrə təsadüf etməsinə baxmayaraq, bu gün, məsələn, döş xərçəngi və ya servikal xərçəng diaqnozu qoyulmuş bir çox gənc qadınları görə bilirik. Üstəlik, bu xəstəlik onlarda olduqca aqressiv keçir və ölümə səbəb ola bilər. Bunun niyə belə olmasına dəqiq bir cavab yoxdur.
Ancaq xəstəliyin inkişafına güclü təsir edən epigenetik amillər var. Həyatımızın yalnız valideynlərimizdən miras qalan genetik proqrama tabe olduğuna inanırıq, amma doğum anından etibarən zərərli olanlar daxil olmaqla, ətraf mühitlə müxtəlif qarşılıqlı əlaqələrə giririk. Bu cür təsir, genetik aparata təsir edir və əgər davamlı və zəhərli xarakter daşıyarsa, məsələn, qida pozğunluğu kimi – xərçəngin inkişaf riski arta bilər.
Güman ki, xərçəngin gəncləşməsinə səbəb, bir çox insanların genetik proqramında epigenetik dəyişikliklər prosesinin daha erkən başlamasıdır. Bu, əsasən, inkişaf etmiş ölkələrə aiddir. Onların həyat şəraiti daha yaxşı olmasına baxmayaraq, gənc yaşda tutulmuş xərçəngin mənfi epiqenetik yükü, yəni zərərli genetik baqajın əldə edilməsi daha çox təzahür edir və bu, bəd xassəli şişlərin inkişaf fonunu təşkil edir.
Bu, tam doğru deyil.
Təbii ki, bəd xassəli şiş inkişaf edə və ölümə səbəb ola bilər, eyni müvəffəqiyyətlə ürək-damar xəstəlikləri və ya ağır respirator xəstəliklərin bütün halları ölümcül olduğunu iddia edə bilərik. Bəd xassəli şişlər əsasən xroniki xəstəliklərdir. Onlar uzun müddət bir adamda ola bilər, lakin mütləq şəkildə ölümün həlledici bir amili olmaya da bilərlər. Bu gün üçün erkən mərhələdə aşkar edə biləcəyimiz şişlərin əksəriyyəti müalicə edilə bilənlərdir. Müəyyən hallarda bəzi xəstələrdə xəstəliyin irəliləməsi baş verir və bu ağırlaşma və ya orqanların disfunksiyasına gətirib çıxarır. Ancaq bu xəstəliklər azlıq təşkil edir. Məsələn, döş vəzinin xərçəngi əksər hallarda hətta gec mərhələlərdə belə müalicəyə yaxşı cavab verir. Müəyyən hallarda, xəstəliyin erkən mərhələsində olan insanların 89,7% -i müalicə oluna bilər və hər hansı bir terapiyaya ehtiyacı olmur, daha gecikmiş mərhələlərdə isə yalnız üçdə biri beş ildən çox yaşayır. Buna görə də, xərçəngin hər zaman ölümlə nəticələndiyini demək doğru deyil, amma burada iki nüans var: birincisi erkən diaqnostika, ikincisi – effektiv müasir müalicədir. Heç biri olmasa 25-30 il bundan əvvəlki vəziyyətə düşmüş olursunuz. Ancaq heç bir bəd xassəli şişin sürətlə inkişaf etmədiyini anlamaq vacibdir. Bunlar, bir qayda olaraq, bir neçə ay və il aparan proseslərdir. Bu gün şişlərin erkən forması müalicə edilə bilən, gec forması isə əksər hallarda uzun müddətli müalicə tələb edən xroniki bir xəstəlik olduğunu düşünmək daha doğru olardı. Və bu müalicə bir qayda olaraq, əksər xəstələrin fəaliyyətini kafi səviyyədə saxlayır. Xəstəliyin bəzi təzahürlərinin tamamilə yox olması mütləq deyil, ancaq buna baxmayaraq, uzunmüddətli stabilləşmə və ya remissiya baş verə bilər. Bu dövrün sona çatacağı və xəstəliyin qayıtma ehtimalı da var, ancaq bu hal həmçinin hər hansı bir xroniki xəstəliyə də aid ola bilər.
Elektron cihazlar xərçəngin inkişafına təsir edir
Bu, doğru deyil.
Əlbəttə, müəyyən bir enerji və dalğa uzunluğunun şüalanması şiş əmələ gətirir. Məsələn, rentgen şüaları fiziki xüsusiyyətlərinə görə şişlərin inkişafına vasitəçi ola bilər. Birinci növbədə, bu, DNT molekullarının kimyəvi bağlarını qırmaq üçün kifayət edən radiasiya enerjisidir. Qırılmalar səhv bərpa edilə bilər. Bundan sonra şişin inkişafına gətirib çıxaran mutasiyalar – DNT-nin ardıcıllığında dəyişikliklər yaranır. Rentgen şüasının enerjisi kimyəvi bağları məhv etmək üçün kifayətdir. Başqa bir radiasiyadan danışırıqsa – məsələn, bir cib telefonunun radiasiyası haqqında – onun siqnal qəbul etməsi üçün tələb edilən intensivliyi çox yüksək deyil. O, radiotezlik şüalanması olmağına baxmayaraq, tamamilə fərqli dalğa uzunluğuna və fərqli bir enerjiyə malikdir, onun fiziki xüsusiyyətləri DNT molekullarının kimyəvi bağlarını qırmaq üçün kifayət deyil. Əlbəttə, o, molekullara təsir edə bilər, amma əsasən onların hərəkətliliyinin dəyişməsinə, yəni ancaq bütöv fiziki cismin temperaturunun dəyişməsinə gətirib çıxara bilər. Yaxşı bir nümunə su molekullarına təsir edən mikrodalğalı radiasiyadır, o, su molekullarıni titrədərək, onu qaynama halına çatdırır. Daxildə heç bir kimyəvi birləşmələr pozulmur, su elə su olaraq qalır. Bu gün həyatda qarşılaşdığımız radiasiyanın növləri, televiziya, routerlar, mobil qurğular, yüksək enerji daşımayan və kimyəvi əlaqələri məhv edə bilməyən dalğalardır, buna görə də onlar hər hansı bir mutasiyaya gətirib çıxara bilməzlər. Bunlar olmadan şiş hüceyrələrinin yaranması mümkün deyil. Nə telefon, nə də digər cihazlar insanlarda şiş xəstəliklərinə səbəb ola bilməzlər.
Bu, tam doğru deyil.
Xərçəng hüceyrələri necə yaranır?
Bəli, bəzi şiş növləri yeni bir şiş növünü yarada bilən bir sıra ümumi səbəblərlə əlaqələndirilə bilər. Xərçəngə qarşı fəaliyyətə cavabdeh olan genlərdən birində pozulma hallarlıyla müşayiət edilən nadir genetik sindromlar mövcuddur. Bu halda bir şiş tərəfindən digər şisin yaradılması riski böyükdür. Ancaq bu nadir və genetik cəhətdən müəyyən edilmiş bir şeydir. Məsələn, bir insanın BRCA1 və ya BRCA2 genlərində mutasiya varsa, onda müxtəlif orqanların xərçəngi xəstəliyinə tutulma ehtimalı, belə bir mutasiyası olmayan insanlara nisbətən daha yüksəkdir. Bundan əlavə, bəzi hallarda müalicə prosesi sağlam hüceyrələrdə DNT zərərinə səbəb ola bilər və bununla da ikinci şişlərin yaranmasına təkan verir. İlk növbədə, söhbət radiasiya terapiyasından gedir. Həqiqətən, 10-20 il ərzində radiasiya sahəsində yeni şişlər ortaya çıxa bilər. Bu, gənc yaşda və ya uşaq ikən xəstələnən insanlara aiddir. Bəd xassəli şişləri olan xəstələrin əksəriyyəti adətən 50-60 yaşdan yuxarı olanlardır. Beləliklə, əgər siz müalicə olunmuş xəstənin 66 yaşının üzərinə 20-25 il-radiasiya müalicəsinin təsirini əlavə edərsinizsə, çox yaxşı nəticə əldə etmiş olarsınız. Bu, ikinci xəstəliyi müalicə etmək üçün bir yol düşünməyə əlavə möhlətdir. Əgər biz süd vəzinin xərçəngi kimi erkən aşkar edilmiş bəd xassəli şişlərdən danışırıqsa, onda onların müalicəsi əsasən cərrahi manipulyasiyadan ibarətdir, onların dərmanla və ya radiasiya ilə müalicəsi – şişin bioloji xüsusiyyətlərinə bağlıdır. Süd vəzinin xərçəngi xəstələrinin əksəriyyəti həmişəlik müalicə olunur. Ancaq müalicə bir saatlıq prosedurdan ibarət deyil, o,uzun illər apara bilər. İndi biz bilirik ki, xəstənin dərman qəbul etmə müddəti nə qədər uzun olarsa, xəstəliyin geri qayıtma ehtimalı bir o qədər az olar. Təbii ki, hər hansı bir dərmanın qəbul edilməsi bir müdaxilədir. Ancaq əmək qabiliyyətli yaşlarında olanlar işlərini davam edər, əmək qabiliyyətli olmayanlar isə adi fəaliyyətlərini davam edərlər.
Xərçəng irsi xəstəlikdir
Bu, qismən doğrudur
Gündəlik dildə tez-tez “xərçəng” adlandırılan bəd xassəli şişlərin müxtəlif növləri var. Əslində, bir tək epiteliya toxumasından yaranan şişlərə xərçəng deyilir. Səhvən xərçəng sayılan digər şişlərin nümunələri isə bunlardır – sarkoma, leykoz (“qan xərçəngi”), glioblastomalar (“beyin xərçəngi”) və s.
1) əsl irsi şişlər (məsələn, döş vəzi xərçənginin bəzi nadir halları);
2) inkişaf üçün irsi meylliyi olan şişlər (məsələn, bağırsaq xərçəngi);
3) ailə tarixində ilk dəfə müstəqil şəkildə spontan yaranan şişlər.