• 20 Sentyabr 2024 09:38

Qazi maşınla adam vurub öldürdü

 

 

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-2107 markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

Tacxeber.com

Oxşar xəbərlər