Latviya parlamenti cadugəri işə götürüb – FOTO Dünya 07 Dekabr 2022 14:24 106 Latviya parlamenti cadugəri işə götürüb. Bildirilir ki, Seymin deputatı Natalya Marçenko-Yodko Latviyada tanınmış cadugər Sanita Petereni özünə köməkçi götürüb. “Cadugər Seymdə ola bilməzmi? İnanıram ki, biz siyasətdə çox vacib və faydalıyıq”, – deyə Petere bildirib. O əlavə edib ki, Latviyada cadugərlərin çoxu siyasətə yaxındır. Qeyd olunur ki, cadugər Sanita Petere Latviyada tanınmış loğman və litoterapevtdir (daşlarla müalicə ustası – red.). (Oxu.az) Tacxeber.com