• 23 Noyabr 2024 04:09

Almaniyada dövlət çevrilişi hazırlayan 25 nəfər saxlanılıb

Almaniyada dövlət çevrilişi hazırlayan 25 nəfər saxlanılıb

“Almaniya   hüquq-mühafizə orqanları dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 25 nəfəri saxlayıb, daha 27 nəfər barəsində əməliyyat tədbirləri davam etdirilir”.

Bu barədə çərşənbə günü Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Dövlət ittihamının məlumatına görə, saxlanılanlardan 22-si terror təşkilatı yaratmaqda, o cümlədən Rusiya Federasiyası vətəndaşı olan üç nəfər isə onlara dəstək verməkdə şübhəli bilinərək həbs olunub: “Almaniya hüquq-mühafizə orqanları 130 yerdə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Daha 27 şübhəli ilə bağlı araşdırmalar davam etdirilir. Onların bu quruplaşmanın fəaliyyəti ilə əlaqələrinin olub-olmadığı tədqiq edilir”, – deyə nazirlikdən bildiriblər.

Almaniya Baş Prokurorluğunub verdiyi məlumata görə, həbslər, həmçinin axtarışlar əsasən Baden-Vürtemberq, Bavariya, Berlin, Hessen, Saksoniya, Aşağı Saksoniya, Türingiya federal əyalətlərində, həmçinin Avstriyanın Kitzbühel və İtaliyanın Perugia şəhərlərində həyata keçirilib.

Departament bildirib ki, şübhəlilər oxşar hökumət strukturları və onun hərbi qanadı olan şura yaradıblar, onlar öz sıralarına, ilk növbədə, Bundsverdə və polisdə yeni tərəfdarlar cəlb ediblər. Çevrilişdə şübhəli bilinən şəxslərin Bundestaqa basqın etməyi planlaşdırdıqları da məlum olub.

Almaniyada sağçı sui-qəsdçilərin saxlanılması mütəmadi olaraq baş verir. Bununla belə, alman nəşrlərinin yazdığına görə, hazırkı əməliyyat tarixdə ən böyük əməliyyatlardan birinə çevrilib.

Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, Almaniyada dövlət çevrilişinə hazırlıqda şübhəli bilinərək saxlanılanlar arasında olan 3 Rusiya Federasiyası vətəndaşının ölkələrindən olan nümayəndələrlə ilə əlaqə saxladıqları, lakin onlardan heç bir dəstək almadıqları məlum olub. (Bizimyol.info)

Tacxeber.com

Oxşar xəbərlər